Məşhur aktrisa 13 il əvvəl Manananın klipində - VİDEO

Tanınmış aktrisa Sevinc Əliyevanın 13 il əvvəlki kadrları üzə çıxıb.
Publika.az xəbər verir ki, 33 yaşlı aktrisa 13 il əvvəl gürcü əsilli müğənni Manananın “Səndən ayrı” klipində rol alıb. Sevinc Əliyevanın “Cavanlığım, düz 13 il əvvəl” şərhi ilə instaqramda paylaşdığı kadrlar diqqət çəkib. Kino ulduzunun xüsusilə inanılmaz dəyişimi maraq doğurub.
O da məlum olub ki, klipin rejissorluğunu aktrisanın eks-əri Fuad Əlişov həyata keçirib.
Məlumat üçün onu da bildirək ki, Sevinc Əliyeva baş rolu Ziya Ağa ilə paylaşdığı “Dalan” adlı ekran işi ilə aprelin 4-də tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Adıçəkilən filmin rejissoru Rüstəmzadə Elvin, ssenari müəllifi isə Səbinə Əhmədlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır