Mərdan yeni mahnısını təqdim etdi - Video
“O səs Türkiyə” yarışmasında etdiyi çıxışla populyarlaşan müğənni Mərdan Kazımov yeni mahnısını təqdim edib.
Minval.info xəbər verir ki, müğənninin sözləri və musiqisi özünə məxsus olan “Gözlədim” artıq “Youtube” kanalına yerləşdirilib. Bəstənin aranjemanı da Mərdan Kazımova məxsusdur.
“Davamlı öz üzərimdə çalışıram, öz dəsti-xəttim var. Azərbaycanın musiqi sahəsində yenilik, fərqlilik etməyə çalışıram. Düşünürəm ki, bu məndə alınır. Bəllidir ki, hazırda bayağı mahnılara daha çox tələb var, amma bu məni yolumdan döndərə bilməz. Daha zövqlü musiqilərin ərsəyə gəlməsi üçün biz gənclər çox çalışmalıyıq. Əminəm ki, hədəfimizə çatacağıq. Sonunda keyfiyyətli musiqi qazanacaq” – deyə ifaçı bildirib.
Qeyd edək ki, M. Kazımov “O səs Türkiyə”də “La la la” mahnısını oxuyaraq Ebru Gündeşlə Hadisəni özünə tərəf döndərə bilib. O sonda Ebru Gündeşi seçib.
Nərmin Aydınqızı
https://www.youtube.com/watch?v=K6QZIrv2mTA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıvanç Tatlıtuğun evində faciəvi hadisə: İşçi yıxıldı
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi