30.07.2026 - 16:31
Maqazin 28 baxış

Mərdan "Haydı, gözəl yar"ı təqdim etdi

Müğənni Mərdan Kazımov Azərbaycan xalq mahnısı “Haydı, gözəl yar”ı yeni aranjimanda təqdim edərək ekranlaşdırıb.

Minval.info xəbər verir ki, Mərdanın yeni klipi artıq musiqisevərlərin ixtiyarına verilib.

Layihənin ideya müəllifi Rahmanlı, rejissoru isə Mayis Əhmədovdur. Mahnının aranjimanı Zaur Aliyə, vokal prodüserliyi İsmayıl Əsədova həvalə olunub. Miks və masterinq işlərini Emin STKHA həyata keçirib.

Klipin yayımı “Mikpro” şirkəti tərəfindən təşkil olunub. Layihənin mətbuat katibi isə Könül İbrahimdir.

Azərbaycan xalq musiqisinə müasir nəfəs qazandıran “Haydı, Gözəl Yar” klipi artıq bütün rəqəmsal platformalarda yayımlanıb.

SOSİAL MEDİA MƏZMUNU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: