Mənsimov təkzib etdi - “Elə bir fikrim yoxdur”
“Xəzər Lənkəran“ və “Palmali”nin rəhbəri Mübariz Mənsimovun “Beşiktaş”a prezident olacağına dair iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, İstanbul klubunun İdarə Heyətinin üzvü olan azərbaycanlı iş adamı Türkiyədə fəaliyyət göstərən “Azərbaycan Kartalları” fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib:
“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşiktaş” satılmır. Prezident olacağıma dair iddialar da var…
Mən sadəcə, “Beşiktaş” azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”.
İstanbul təmsilçisinə 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo daha bir mükafata sahib çıxdı
XXI əsrin ən yaxşı idmançıları açıqlandı - SİYAHI
"Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik" - Qurban Qurbanov
Məhəmməd Salah öz milyonlarını ölkəsinə xərcləyir - FOTOLAR
Azərbaycan Kuboku: 1/8 finalın proqramı bəlli olub
"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan
“Neftçi”yə 21 milyon manat ayrıldı - Klubun tarixində rekord büdcə