"Məni hər kəs sevə bilməz..." - Şəbnəm
““Giveaway” yarışını qızım Günel oynayır. İki aydan çoxdur ki, bu işlə məşğul olur, hər şey çox gözəl gedir. Günel maşallah, savadlı, hər şeyi bacaran uşaqdır. 18 yaşı var, ağıllı, işin yolunu bilən qızdır. Ona görə də belə insanlara görə məni yalançı kimi qələmə vermək düzgün deyil”.
Bu sözləri saxtakarlıqda ittiham olunan müğənni Şəbnəm Tovuzlu OLAY-a açıqlamasında deyib.
Sənətçi sözügedən şəxsin onu qaralamaq məqsədilə böhtan atdığını vurğulayıb:
“Təbii ki, məni hər kəs sevə bilməz. Biz bu həyatı yaşayırıqsa, bizi sevən də var, sevməyən də. Hər gələnə inanmamaq lazımdır…. Bir ay bundan öncə yarışmaya bir nəfər qatılmışdı. O, bir nəfər o qədər qızımı bezdirdi ki, qızım axırda mənə “ana, artıq 15 gündür bu insan məni çox bezdirir, onu geri çevirmək istəyirəm”, – deyə, bildirdi. Və biz onu ödədiyi 500 manatı da kartına geri qaytararaq oyundan xaric etdik. O gündən sonra həmin şəxs orda-burda haqqımda artıq-əksik məlumatlar verməyə başladı. Bu sadəcə olaraq onun hirsidir. Oyun çox gözəl gedir, 10 günə də artıq başlayacaq. Qalibi telefon, qulaqlıq və pul mükafatı gözləyir. Hədiyyələri də canlı yayımda özüm təqdim edəcəm. Mənə normalda “Giveaway” yarışları üçün çox təkliflər olub, amma geri çevirmişəm, istəməmişəm. Mənim həkim-kosmetoloq dostlarım var, onların dəfələrlə səhifələrini paylaşmışam, hər biri razı qalıb. Özləri deyir ki, “Şəbnəm xanım, sayənizdə bir gecəyə 1000-2000 izləyici gəlib”. Mənim səhifəm realdır, İran və Türkiyədən izləyənlər çoxdur. Bunu belə qələmə vermək ancaq bu cür pis insanlara aiddir. Bu da onun qıcığından, əsəbindən, acığındandır…”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi