"Məndən nə istəyirsiz, koronavirusu Azərbaycana mən gətirmişəm?"
“Bir neçə gündür müşahidə edirəm, susuram, üstümə gəlirsiz. Məndən nə istəyirsiniz? Sizə nə etmişəm? Koronavirusu Azərbaycana gətirmişəm, işsizliyi mən yaratmışam? Nə pisliyimi gördünüz?”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə deyib. Sənətçi onunla bağlı paylaşılan “Nadir deyirdi mənim soyuducum doludur, professorun yox” sözlərinə aydınlıq gətirib. İfaçı bildirib ki, heç vaxt elə söz işlətməyib:
“Hər zaman ehtiyacı olanların yanında olmuşam, bir əlim paylayıb. Deməli, düz etməmişəm. Kimsə yazıb Nadir deyir professor acdı, mən yox. Niyə soruşmursuz ki, Nadir bunu harada deyib? Sosial şəbəkədəkilər cahildir, savadısızlıq bu ölkədə çoxdur. Mövzu bitdi, keçdiz Nadirə?
Bir neçə gün əvvəl şəhid üçün ağlayıb, bayraq qaldırırdız. İndi nə oldu? Oturun yerinizdə, dərdinizi çəkin. Bir şey olanda keçirsiz kompüter arxasına başlayırsız Nadiri pisləməyə. Bu pandemiya ərəfəsində mən və həmkarlarım kimlərə əl tutmadı. Yaxşılıq etmək lazım deyilmiş, insan çiy süd əmib. Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!