08.05.2018 - 11:38
Maqazin
26 baxış
“Mən pul verib mükafat almıram” - Nuradan Tünzaləyə
Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri arasında qalmaqal böyüməyə başlayıb.
Minval.info qafqainfo-ya istinadən xəbər verir ki, Tünzalənin “ATV maqazin onlarla” proqramında həmkarının ünvanına dediyi sözlərə qarşı tərəf cavab verib.
Nura Facebook-da əməkdar artistin keçmiş həyat yoldaşı Rəhman Əliyevin müsahibəsini paylaşıb. O, həmkarı kimi pulla mükafat almadığını söyləyib:
“Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını yox. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini “Youtube” və “Google”dən sildirib. Yəqin ki, öz yaddaşından da silib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. “Çox sağ ol” budur”.
Qeyd edək ki, Tünzalə Nura barədə belə açıqlama vermişdi: “Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
27.10.2026 - 12:14
Məşhur aktyora ağır itki üz verdi
24.10.2026 - 14:54
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
20.10.2026 - 10:14
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
25.09.2026 - 12:37
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
19.09.2026 - 14:02
Mədət Quliyev oğluyla toyda görüntüləndi
19.09.2026 - 11:55
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
19.09.2026 - 10:31
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
19.09.2026 - 10:03
