"Mən kişiyəm, amma sən yox..." - Röyadan Aygünə sərt sözlər

Əməkdar artist Röya Ayxan məhkəməyə verdiyi Aygün Bəylərdən danışıb.
Minval.İnfo Milli.Az-a istinadən xəbər verir ki, baku.ws-in İnstaqram səhifəsinin canlı yayımında olan müğənni ona ünvanlanan sualları cavablandırıb. Röya A.Bəylərin ünvanına sərt sözlər deyib. Sənətçi məhkəmənin qərarından narazı olduğunu deyib:
ƏLAQƏLİ
Azərbaycanda sosial şəbəkələr üçün yaş həddi: Uşaqların təhlükəsizliyini necə təmin edək?
“Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiz? 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təqhirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?
Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart yerə qoy”.
Qeyd edək ki, A.Bəylər “Səhər-səhər” verilişində Röyanın ünvanına sərt sözlər demişdi. Qarşı tərəf onu məhkəməyə vermiş və 50 min təzminat istəmişdi. Hakim Röyanın tələbini rədd edib.
ƏLAQƏLİ
Xalq artistinin hovuz fotosu sosial medianı qarışdırdı: Tənqidlərdən sonra geri addım attı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səs yazısı qalmaqalı: Məşhur kardioloq təxribat iddiaları ilə üz-üzə
Kredit borcunuzu azaldın: Yelo bank-dan 2%-dək endirim fürsəti!
Qızıl qiymətləri niyə yüksəlir? – Zərgərdən əhəmiyyətli təhlil