"Mən gündəlik qadın deyiləm" - Mətanət
“Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil”.
Bu sözləri müğənni Mətanət Əsədova prodüser Tarix Əliyevin “Tolik ilə səmimi” adlı “Youtube” layihəsində deyib. Muğam ifaçısı aldığı hədiyyələrdən, şou-biznesdən bəhs edib:
“30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım.
Mənə ailəli insan lazım deyil. Onlar vaxt tapıb evlərinə gedə bilmirlər. Görünüşümə baxıb deyirlər, bu nədir… Amma illərdir tənhayam. Xoşbəxt qadın deyiləm. Ailəm, övladımın atası yanımda olanda xoşbəxt olacam.
Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram”.
Əsədova bir müddət əvvəl ərə getməsi haqda yaydığı yalan xəbərlərin qınanılmasına münasibət bildirib:
“Mən də istəyirəm alınsın. Bir dəfə ailə qurmaq istəyirəm. Yaxşı olsun ki, mən də ailə qurum. Alınmırsa, nə edim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!