"Mən, Elnarə hara, Miri Yusif hara?" - Manaf
Müğənni Manaf Ağayev Əməkdar artist Miri Yusiflə bağlı maraqlı açıqlama verib.
Axşam.az xəbər verir ki, “Hər şey daxil” verilişində qonaq olan sənətçi toy dəvətlərindən söz açıb.
M.Ağayev ad çəkmədən bunları söyləyib:
“Dekabrda bir toy olacaq. Ora məni və Elnarə Abdullayevanı dəvət ediblər. Bir də siyahıda bir müğənni adı var. Görəndə təəccübləndim ki, bu hara, sizin toy hara. Əgər məni, Elnarə istəyirsinizsə, onun nə işi var? Qayıtdılar ki, uşaq istəyib, heç özümüz tanımırıq onu”.
Proqramın aparıcısı Tarix Əliyev isə “Miri Yusifə 50 min versən, bütöv toy aparmaz. Amma adamın gündə ən az 3 toyu olur, hətta dördüncünü deyəndə, razılaşmır. Yarım saata 6 min manat alır” sözlərini deyib.
Manaf isə “Elə mənim də dediyim, adını çəkmədiyim müğənni Miri Yusifdir. Onunla bir problemim yoxdur. Janr baxımından biz uyğun gəlmirik” deyə, cavab verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!