“Mən bahalı müğənniyəm” - Sevda
“Son günlər mahnıların tutmamasından həmkarlarım kimi mən də narazıyam. Bilmirəm ki, niyə belədir? Qarışıqlıqdır. Vəziyyətimiz acınacaqlıdır. Ümid edirəm ki, tez zamanda hər şey düzələr. Mahnılar çox olsa da, heç biri illər öncə yazılanların yerini vermir”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Sevda Yahyayeva deyib.
Mahnıların hitə çevrilməməsindən şikayətlənən sənətçi “Sevda bahalı müğənnidir” sualına belə cavab verib:
“Bəli, bahalı müğənniyəm… Digər tərəfdən də “bahalı” söhbətini özümə aid etmək istəmirəm. Sevilən müğənniyəm. Hər kəs əziyyətinin çörəyini yeyir. Mən də həmçinin”.

Müğənni uzun müddətdir konsert verməməsinin səbəbini də açıqlayıb:
“Durğunluqdur, konsert vermək üçün yaxşı repertuar lazımdır. Düşündüyüm konsert başqa cürdür. Onu indi yox, başqa vaxt həyata keçirəcəm. İndi özümə əminəm, güvənirəm. Konsertə tamaşaçı yığmamaq kimi qorxum yoxdur. İnstaqramda 1,3 milyon izləyicim var. İnanıram ki, onun 2 mini konsertimə gələcək”.

S.Yahyayeva yaxın günlərdə yeni mahnı təqdim edəcəyini bildirib:
“Beş-on günə Ədalət Şükürovun mahnısını ifa edəcəm. Məşhur mahnı deyil. 90-cı illərdə yazıb. İnanıram ki, bəyəniləcək”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!