“Məmur uşaqları ciddi münasibətdə olmurlar”
Azərbaycanda “Dur oppan”, “Hər şey istəyirəm” kimi mahnılarla populyarlaşan, daha sonra gündəmdən uzaq düşən Mina Hüseyn Tolikin “Youtube” layihəsinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, o, proqramda illər əvvəl qarşılaşdığı problemlərdən söz açıb: “Məni kanallar qəbul etmirdi, mahnılarımı radiolar səsləndirmirdi. Ancaq ANS TV mənə dəstək olurdu. Onların layihəsi idim. Həqiqətən də “ANS”in tələsinə düşmüşdüm. Bir tərəfdən yaxşı idi, digər tərəfdən isə yollarım bağlandı. Böyük layihələr var idi və bu, mənə böyük problemlər yarada bilərdi. Öz istəyimlə əməkdaşlığı bitirdim. Müqaviləmin bitməsinə də 1 ay qalmışdı”.
Mina şəxsi həyatı barədə də danışıb. O, artıq sevgilisi ilə münasibətini bitirdiyini açıqlayıb: “Sevgilimdən ayrılmışam, münasibətimiz bitib. Xəyanəti heç vaxt bağışlamaram. Kişilər qadını dəyişməyə meyillidirlər. Həm də qadağalar çox idi. Müğənni sərbəst olmalıdır. Həyatda istədiyim şeyləri edirdi, lakin alınmadı.
Bu həyatda anama güvənirəm, rəfiqəmdir. Bütün sirrlərimi onunla bölüşürəm. Hətta, ayrılanda anamla məsləhətləşdim. Anam dedi ki, boş-boşuna həyat yaşamaq olmaz, lazım deyil. 3-4 sevgilim olub. 18 yaşımda sevgilimdən ayrılandan sonra dostu mənə yazdı ki, səndən xoşum gəlir. Mən isə razılaşmadım”.
Bundan əlavə, ifaçı məmur övladları barədə fikirlərini bölüşüb: “Məmur uşaqlarından qorxuram. Pullu insanlara inanmıram, onlardan qaçıram. Harınlamış olurlar. Məmur uşaqları heç vaxt ciddi münasibətdə olmurlar”.
M. Hüseyn repçi Elşad Xose və müğənni-bəstəkar Murad Arif barədə də danışıb: “Elşad Xose ilə duet oxumaq istədim. Lakin o, məndən pul istədi. Daha sonra Murad Arifə müraciət etdim. Dedim ki, gəncəm, dəstəyə ehtiyacım var. O, duet söhbətini açmadı, amma söylədi ki, mahnı verə bilərəm. Özü də 10 min manata. İndi isə heç kəslə duet oxumaq istəmirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!