“Məmur qorxur ki, müğənni sevgilisi bilinsə...”- Ayan Babakişiyeva
Müğənni Ayan Babakişiyeva prodüser Tolikin “Tarixlə səmimi” “Youtube” layihəsinin qonağı olub.
Musavat.com xəbər verir ki, müğənni həmkarlarının ailə dağıtmaqda ittiham olunmasına münasibət bildirib:
“Müğənnilər ailə dağıtmır, mən də ailə dağıtmamışam. Günah kişilərdədir. Dövlət məmuru, iş adamı sanki müğənni ilə sevgili olmağı, bunu ətrafa bildirməyi xoşlayır. Kişi məşhur simanı həyatına gətirdiyi zaman məsələsini ailəsi ilə həll etməlidir, ya da boşanıb, müğənni ilə ailə qursun. Biz də tanınmış insanıq, bizə ləkə yaxmaq olar? Onlar qorxur ki, müğənni ilə münasibəti bilinsə, işdən çıxarılar”.
İfaçı şəxsi həyatından da bəhs edib: “Bugünkü həyatda qadınlarla kişilərin münasibətindən başım çıxmır. Sevgidə gərək vəfalı olasan. O vaxt həyatımdakı insanın (red: Füzuli Musayev) müğənnilərə meyli yox idi. Mənim həyatının səhvi olduğunu demişdi.
Amma mən peşman deyiləm. O vaxt çox xoşbəxt olmuşam, və övladım dünyaya gəlib. Səmimi deyirəm, heç nəyə peşman deyiləm. Bilirəm ki, qismətimdə olanı yaşamalıyam. O vaxt xoşbəxt idim, sevib-sevilirdim. Sevildiyimi hiss edirdim. Bu həyatı mən yaşamışam. Səfasını da, cəfasını çəkmişəm. Hamı bilir ki, biz Leyli Məcnun sevgisi yaşamışıq”.
Müğənninin keçmiş münasibətindən danışarkən göz yaşları tökməsi də diqqətdən qaçmayıb.
Qeyd edək ki, müğənni Ayan Babakişiyeva Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq həyatı yaşayıb. Onların bu münasibətdən 2014-cü ilin martın 1-də Selena adlı qız övladı dünyaya gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!