Məleykə Əsədova yayılan videosu haqda: "Montaj ediblər"

Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan videoya etiraz edib.
MİNVAL.İNFO xəbər verir ki, aktrisa “7 Canlı” proqramında dediyi şeirin montaj edilərək, başqa səs salındığını bildirib.
Bu isə Əsədovanı özündən çıxarıb. Açıqlama yayan aktrisa “Videoda “yox” sözündən sonra bəzi şərəfsizlər əzizlərinin səslərini video ilə montaj edib. Bu, həm mənə, həm də Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Bununla bağlı tədbir görüləcək. Mənə maraqlıdır, bu videonun montaj olduğunu bilə-bilə niyə bəzi səhifələr də bu tərbiyəsizliyi paylaşaraq həmin şərəfsizlərə dəstək olurlar?” sözlərini söyləyib.
Qeyd edək ki, M.Əsədova görüntüdə Bəxtiyar Vahabzadənin “Kimdir mənim düşmənim?” şeirini səsləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır