Məleykə Abbaszadə: "Fənlər üzrə bal məhdudiyyəti ləğv olunub”
“Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayında çox böyük dəyişiklik var. Belə ki, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8 min artıb. Bu, böyük rəqəmdir”.
Minval.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min idisə, bu il onların sayı 20 mindir: “Bu o deməkdir ki, müsabiqəyə buraxılacaq təxminən 40 min namizəddən hər ikincisi dövlət sifarişli yerdə təhsil almaq şansı qazanacaq. Məlumdur ki, müsabiqə vəziyyəti əsasən dövlət sifarişli yerlərdə yaranır. Ötən il ödənişli əsaslarla olan müəyyən yerlər boş qalmışdı, namizədlər bu yerlərə ərizə verməmişdilər”.
M. Abbaszadə qeyd edib ki, qəbul qaydalarında liberallaşma baş verib: “Ötən ildən fərqli olaraq, bu il həm ödənişli, həm də dövlət sifarişli yerlərin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 200 bal, imtahanın ikinci mərhələsində isə 100 bal toplamaq kifayətdir. Fənlər üzrə bal məhdudiyyəti də ləğv olunub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Məclisdə “Ali təhsil haqqında” yeni qanun layihəsi müzakirə edilir
200 nömrəli məktəbdə “Son zəng” qalmaqalı – Foto
Müəllimlər üçün onlayn müsahibələrə start verilir
Sınaq imtahanlarının nəticəsi açıqlandı - DİQQƏT
Tovuzda orta məktəbin 2 sinfi COVID-19 səbəbindən bağlanıb
Xaricə oxumağa gedənlər dövlətdən bu yardımları ALACAQ