Məktəblərdə virus təhlükəsi: Uşaqları necə qoruyaq?
Məktəblərin açılması ilə birlikdə virus infeksiyalarının yayılma riski də artır. Uşaqların uzun müddət qapalı mühitdə və kollektiv daxilində olması infeksiyaların hava-damcı yolu ilə yayılmasını asanlaşdırır. Xüsusilə 45-90 dəqiqəlik dərslər zamanı uşaqların bir-biri ilə yaxın təması bu riski daha da artırır.
Minval.info xəbər verir ki, tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, xəstə uşaq öskürdükdə və ya asqırdıqda virus və mikroblar ətraf mühitə yayılır və digər uşaqların yoluxma riski artır. Buna görə də, özünü xəstə hiss edən və ya xəstəliyin əlamətlərini göstərən uşaqların dərsə göndərilməsi məqsədəuyğun deyil.
Belə hallarda uşaqların həkim müayinəsindən keçməsi və müvafiq tibbi arayış əsasında, imkan olduğu təqdirdə, müəyyən müddət onlayn təhsilə cəlb edilməsi tövsiyə olunur. Bu, bir qayda kimi tətbiq edilməlidir, çünki bir xəstə uşaq məktəbə gəldikdə qısa müddətdə çoxsaylı uşaqları yoluxdura bilər. Əgər dərsdə xəstəlik əlamətləri olan uşaq artıq iştirak edirsə, həmin sinifdə maska istifadəsi də nəzərdən keçirilməlidir. Xüsusilə respirator infeksiyaların geniş yayıldığı dövrlərdə maskadan istifadə yoluxma riskinin azalmasına kömək edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?