Məktəb alış-verişində valideynlərin başı necə dumanlanır? – Qiymətlər və məsləhətlər
Yeni tədris ilinin başlanmasına az qaldığı üçün valideynlər artıq məktəb alış-verişinə başlayıblar. Məktəbli forması, çanta və dəftərxana ləvazimatları kimi zəruri əşyalar bu alış-verişin əsasını təşkil edir. Ailələr üçün məktəbə hazırlıq xərcləri və bazardakı qiymətlər böyük narahatlıq doğurur.
Minval.info xəbər verir ki, valideynlər məktəbə hazırlıq zamanı ilk növbədə məktəbli forması, ayaqqabı, çanta və dəftərxana ləvazimatlarını almağa üstünlük verirlər. Sinif və məktəbin tələblərinə görə, müxtəlif dərs vəsaitləri də alış-veriş siyahısına əlavə olunur.
Hazırda bazarda məktəb ləvazimatlarının qiymətləri məhsulun keyfiyyəti, istehsalçı markası və satış məntəqəsinə görə fərqlənir. Dəftərlərin qiyməti 30 qəpikdən başlayaraq 1 manata qədər dəyişir. Sadə qələmlər 15 qəpikdən, karandaşlar isə 80 qəpikdən təklif olunur. Rəngli karandaş və flomaster dəstləri 8–16 manat arasında dəyişir. Qələm qabları 4–25 manat, pozan, xətkeş və qələmyonan kimi ləvazimatlar isə bir neçə qəpikdən başlayaraq 2–3 manata qədər artır.
Rəsm dərsləri üçün tələb olunan albom, plastilin, boya, yapışqan, qayçı və digər ləvazimatlar 1–15 manat aralığında satılır. Əsas xərclərdən biri də məktəb çantaları və məktəbli geyimləridir. Məktəb çantalarının qiyməti modelinə görə 20–80 manat arasında dəyişir, ortopedik və markalı modellər isə 100 manata qədər yüksəlir. Məktəbli geyimlərində köynəklər 8–15 manat, şalvar və ya ətəklər 15–30 manat, jaketlər isə 20 manatdan başlayan qiymətlərlə təklif olunur. Məktəb ayaqqabılarının qiyməti isə orta hesabla 30–80 manat arasında dəyişir.
Beləliklə, bir şagirdin məktəbə hazırlanması üçün minimum 150–200 manat, daha keyfiyyətli və markalı məhsullara üstünlük verildiyi halda isə 300–500 manata qədər vəsait tələb oluna bilər. Məbləğ alınacaq məhsulların sayı, keyfiyyəti və seçilən satış məntəqəsindən asılı olaraq dəyişir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!