Məkkədə cinayətkarı edam etdilər, sonra çarmıxa çəkdilər -
Səudiyyə Ərəbistanının Məkkə şəhərində cinayətdə ittiham olunan kişi edam edildikdən sonra çarmıxa çəkilib.
Minval.info Sputnik-ə istinadən xəbər verir ki, Myanmar vətəndaşı Elias Abulkalam Camaledden edam edildikdən sonra çarmıxa çəkilərək xalqa nümayiş etdirilib.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi Camaleddenin bir qadının evində silahla girdiyini, evdə atəş açdığını, daha sonra qadını bıçaqlayaraq öldürdüyünü bəyan edib. Məhkum silah oğurluğu, qadından başqa bir nəfəri də qətlə yetirməkdə ittiham olunub.
Onun başı kəsilərək edam edilib.
“Bloomberg”in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında sonuncu çarmıxa çəkərək edam etmə faktı 2010-cu ildə qeydə alınıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İkiarvadlılığın icazə verildiyi qəbilədə hamilələrin dramı - Fotolar
Oğlunu 20 il qəfəsdə saxlayıb - VİDEO
Suriyanın neft sənayesi bölgəsində terror aktı törədilib, 10 neftçi ölüb
Gürcüstanda qaçırılan azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina etdi
Ermənistanın Baş naziri istefa verib
Türkiyə yeni xəritəsini yayımladı - FOTO
Ankarada Ərdoğan-Putin danışıqları