Əməkdar jurnalist: “Orduya, dövlətə böhtan atan şəxs xalqa böhtan atır”
“Məlumdur ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir. Amma istər sosial şəbəkələrdə, istərsə də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılması yolverilməzdir”.
“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.
O, həmçinin bildirib ki, Azərbaycan Ordusunun mənafeyinə xələl gətirən saxta və həqiqəti əks etdirməyən məlumatların yayılması yolverilməzdir:
“Əgər kimsə bilərəkdən bu cür addımlar atırsa, yalan və saxta məlumatlar yayırsa, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla bağlı birmənalı olaraq hüquqi çərçivədə tədbirlər görülməlidir”.
V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusuna, dövlətinə böhtan atan şəxs Azərbaycan xalqına böhtan atır:
“Hesab edirəm ki, bu məsələdə prinsipal mövqe nümayiş etdirməliyik. Orduya qarşı böhtan atmaq yolverilməzdir. Orduya ünvanlanmış böhtan hər bir vətəndaşa ünvanlanmş böhtandır. Ona görə də biz bu məsələdə prinsipal olmalıyıq və bu cür halların qarşısı birmənalı şəkildə alınmalıdır”,
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir