“Xanımıma zəng edib deyirdilər ki, ərin yanımdadır” - Əməkdar artistdən maraqlı açıqlama
“Xoşbəxt kişiyəm ki, bəxtimə belə bir qadın çıxıb”
Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov şəxsi həyatından danışıb.
Aktyor həyat yoldaşı ilə bağlı yeniçağ.az-a maraqlı etiraflar edib:
“Xanımım məni heç vaxt qısqanmayıb. Çünki ailə quranda bilirdi ki, aktyorla ailə qurur. Mənim səhnədə tərəf müqabillərimin, eləcə də aktyor kimi fanatlarımın olacağını gözə almışdı. Biz yeni ailə qurduğumuz vaxtlarda qadınlar xanımıma zəng edib deyirdilər ki, ərin yanımdadı. O da deyirdi ki, eybi yoxdur, yanınızda olsun, onsuz da axşam evinə gələcək. Həyat yoldaşım müdrik qadın olub və həmişə mənə dəstək olub. İndi də bir nəvəmiz var. Xoşbəxt kişiyəm ki, bəxtimə belə bir qadın çıxıb”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır