Əməkdar artist həyat yoldaşını döyməyindən danışdı

Əməkdar artist Cavanşir Məmmədov ilk evləndiyi vaxtda həyat yoldaşını döydüyünü açıqlayıb.
MİNVAL.İNFO xəbər verir ki, müğənni bu haqda “Elin sözü” verilişində deyib. O bildirib ki, xanımına şillə vurmasına səbəb ondan evə nə üçün gec gəldiyini soruşması olub:
“Gecə saat 3-ün yarısı evə gəldim. Toyumuzdan 1 həftə sonra idi. Qapını açanda dedi ki, adam da bu vaxt evə gələr? Deməyi ilə vurulmağı bir oldu. Özümdən asılı olmadı. Demirəm ki, düz etdim, izah etmək, başa salmaq lazım idi. Elə bir yerdən gəlirdim ki, hövsələm daraldı. Qadın deməlidir, şükür Allaha ki, sağ-salamat gəldi kişi. Qabağına bir stəkan çay qoyar, sonra deyər, nə var, nə yox, birtəhərsən. “Yoxsa bu vaxt adam evə gələr” nədir. Evimə gəlmisən mənə qanun qoymağa, yoxsa mənə ərə gəlmisən göstəriş verməyə?”.
C.Məmmədov bildirib ki, qadın ailə qurduqdan sonra həyat yoldaşına qadağa qoya bilməz.
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır