Əməkdar artist Fuad Poladovla olan fotolarını paylaşdı - FOTOLAR

Dünən Xalq artisti, mərhum sənətkar, əfsanəvi aktyor Fuad Poladovun qırx mərasimi olub.
Minval.İnfo publika.az-a istinadən xəbər verir ki, əməkdar artist Mehriban Zəki həmkarını və əziz dostunu sosial şəbəkədə yad edib. M.Zəki Fuad Poladovla baş rollarda oynadığı “İvan Buninin Sonuncu döyüşü” tamaşasının məşq prosesində çəkilən şəkilləri paylaşıb və ürək sözlərini belə ifadə edib:
“Səhv etmirsəmsə, 2007-ci il idi. “İvan Buninin sonuncu döyüşü” tamaşasının məşqi. Mən – Banin, Fuad müəllim – Bunini oynayırdı. Biz birlikdə işləmişik, düşünə bilməzdik ki, 11 il sonra (prinsipcə bu böyük müddət deyil) Fuad Poladov xatirəyə çevriləcək. Fuad müəllim mən sizi heç vaxt unutmayacağam”.
Qeyd edək ki, F. Poladov mayın 4-də ağciyər xərçəngindən dünyasını dəyişib. O, vəsiyyəti ilə “Qurd Qapısı” qəbiristanlığında dəfn olunub və məzar daşına şəkli vurulmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Onların həqiqi yaşlarını siz də öyrənin - FOTOLAR
ABŞ-ın ən çox qazanan fahişə qadını: “Ailəm mənə çox dəstək verir” – FOTOLAR
"İnterpol" azərbaycanlı iş qadınını axtarır - FOTO
İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
Günayın sinəsi podiumda açıldı (FOTOLAR)
Talıb Tale toyundan fotolar paylaşdı


