Əməkdar artist başqa qadın saxlayır? - Xalqın içində mənim abırımı tökmə

Dünən “5/5″də qonaq olan əməkdar artist Yusif Mustafayev bu yaxınlarda bir qadına ev alıb verdiyi barədə söz-söhbətə nöqtə qoyub.
Müğənni yadlara heç zaman pul xərcləmədiyini və o qadının barəsində səsləndirdiyi iddianın yalan olduğunu qeyd edib:
“Mən yada niyə ev alım. Alaram e…, bacım üçün, qardaşım üçün alaram. Canım nəslimə qurban. Özümünkülərdən başqa, bir manat birinə versəm, lənət olsun mənə. Mən bu saçı ağartmamışam ki, xalqın içində mənim abırımı tökəsən. Allah sənin o pis əməlini qarşına çıxartsın”.
Xatırladaq ki, “Səhər-Səhər” verilişində bu yaxınlarda qonaq olan keçmiş “İdeal” qrupunun rəhbəri Səbinə Rəcəbli Yusif Mustafayevin onun evinə hədiyyələr göndərdiyini iddia etmişdi:
“Bəlkə də siz bilirsiniz, ya bilmirsiniz, amma gələn hədiyyələr sizin adınızdan gəlib. Mən o hədiyyəni qəbul etmədim. Bu verilişdən sonra başladı. Zənglər filan. Bu, doğurdan, olub belə. Siz inanmırsız, amma bu, şou deyil”.
Əməkdar artist isə bu iddianı cavabsız qoymamışdı:
“Hacı balalarımın canı üçün mən nə səni tanımıram, nə də sənə hədiyyə göndərməmişəm bacı. Əl çək məndən. Öz canıma and içirəm”. (milli.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi