Məhkəmə Röya ilə Aygünün münaqişəsi barədə QƏRAR verdi

Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.
Minval.İnfo report-a istinadən xəbər verir ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə R.Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edirdi.
Xatırladaq ki, A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var