Məhəmməd Əli həqiqətən İslamı qəbul edibmi?
Milyonların sevimlisi olan və 2016-cı ildə 75 yaşında vəfat edən boks kralı Məhəmməd Əlini bir çoxları müsəlman kimi tanıyır.
Müsəlman dünyasının az qala fəxr etdiyi bu insanın İslam üçün nə etdiyini sorğuladıqda bəziləri onun milyonların kumiri, əfsanə olduğunu deyir, lakin kimsə bu suala konkret cavab verə bilmir.
Bir çoxları onun boks əfsanəsi olmasını səbəb olaraq göstərir, lakin hamıya məlumdur ki, İslamda şiddət qəti pislənir və bundan əlavə, Məhəmməd Peyğəmbərin üzə zərbə vurulan idman növlərini qadağan etdiyi məlumdur.
Boksda isə əsas hədəf üz nahiyəsidir. İddialara görə, bütün bunlara rəğmən onun İslamı qəbul etdikdən sonra dəyişməməsinin səbəbi onun əslində İslamı qəbul etməməsi olub. Bəs, niyə bu qədər insan buna inanır və niyə Məhəmməd Əli İslamı qəbul etdiyini iddia edib?
Məsələ burasındadır ki, Məhəmməd Əlinin daxil olduğu sekta 1930-cu ildə Miçiqan ştatında yaradılmış “İslam Cəmiyyəti” adlanıb. Təşkilatın əsas məqsədi qara dərililərə qarşı irqi ayrıseçkiliyi sonlandırmaq olub və buna nail olublar.
Buna nail olan sekta daha da irəli gedir və öz rəhbərləri Elijah Məhəmmədi sonuncu peyğəmbər kimi qələmə verirlər. Öz ətrafına daha çox insan toplamaq üçünsə təşkilat İslam adından istifadə edir.
Bu dövrlərdə Amerikada qara dərililər kölə olmasalar da irqi ayrı-seçkiliyə məruz qalırdılar. Məhəmməd Əli bütün bunlardan hiddətlənirdi və ağ dərililərə qarşı nifrət bəsləyirdi.
Dostlarından biri onu “İslam Cəmiyyəti” ilə tanış edir və elə ilk leksiyadan başa düşür ki, bura onun yeridir. Daha sonralar Məhəmməd Əli Maykl İkslə tanış olur və onunla güclü dostluq münasibətləri qurur. Maykl İks sektanın azğın olduğunu anladıqdan sonra oradan ayrılır və buna görə onu güllələyirlər. Bu Məhəmməd Əliyə təsir edir. Müəyyən bir vaxtdan sonra Məhəmməd Əli sektanı tərk edir, lakin sonra daha dolaşıq sektaya daxil olur.
Böyük insanlar haqqında hər zaman kiçik hekayələr uydurulur. Lakin qeyd etmək lazımdır ki, İslam əsla kiminsə himayəsinə ehtiyac duymur və ona şöhrət gətirmək üçün alimlərin, məşhurların adını hallandırmaq gərəksizdir.
Nərmin
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb - VİDEO
Bakıda güclü yanğın başlayıb, helikopter havaya qalxdı - VİDEO
Müdafiə Nazirliyi Xocavənddəki hadisəylə bağlı məlumat yaydı
YAP sədrinin müavini: “Azərbaycan sabitlik adasına çevrilib”
ABŞ Kiyevə yeni hərbi yardım paketini bu gün elan edəcək
Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 37,5 min nəfər təşkil edir"