ABŞ Kiyevə yeni hərbi yardım paketini bu gün elan edəcək
ABŞ hakimiyyəti piyadaların döyüş maşını – “Bradley” də daxil olmaqla, Kiyevə yeni hərbi yardım paketini yanvarın 6-da açıqlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlərin suallarına cavab verərkən bildirib.
“Cümə günü Ukraynaya növbəti hərbi yardım paketinin elan ediləcəyi gözlənilir. Paketə “Bradley” döyüş maşınlarının tədarükü də daxildir”, – Rayder jurnalistlərə belə deyib.
Bir müddət öncə Associated Press agentliyi amerikalı rəsmilərə istinadla məlumat yaymışdı ki, Birləşmiş Ştatlar Ukraynaya 2,85 milyard dollarlıq yeni hərbi yardım paketi ayıracaq. Yardım paketinə ilk dəfə olaraq onlarla “Bradley” döyüş maşınları daxil ediləcək. Bu, Pentaqonun Kiyevə hərbi yardım paketlərinin ən böyüyüdür.
Ukraynaya “Bradley” döyüş maşınlarından başqa, HMMWV yük avtomobilləri, minadan mühafizə sisteminə malik təkərli MRAP zirehli maşınları, habelə böyük miqdarda raketlər və digər döyüş sursatları tədarük olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!