Tramp İrana sərt xəbərdarlıq etdi
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən gəmilərə mümkün hücumlarına görə sərt cavab veriləcəyini bəyan edib.
Minval.info xəbər verir ki, Tramp sosial şəbəkə hesabında yazıb ki, bundan sonra İran Hörmüz boğazından keçən istənilən gəmiyə raket, pilotsuz uçuş aparatı və ya digər silahlarla zərbə endirərsə, ABŞ cavab olaraq İran ərazisində yerləşən mühüm infrastruktur obyektlərini hədəfə alacaq.
ABŞ liderinin sözlərinə görə, cavab zərbələri elektrik stansiyalarına və ya körpülərə endirilə bilər. O bildirib ki, bu obyektlər Tehranın özündə və ya paytaxtın ətrafında da yerləşə bilər.
“İrandan Hörmüz boğazından keçən hər hansı gəmiyə hücum olarsa, ABŞ buna dərhal cavab verəcək və bir elektrik stansiyasını və ya körpünü bombardman edib məhv edəcək”, – deyə Tramp vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıbrısda yeni təkliflərə Erhürmandan sərt reaksiya
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər