Mədə-bağırsaq xəstələrinin nəzərinə
Fəsil dəyişikliyi daha çox soyuqdəymədən yaranan xəstəliklərlə müşayiət olunur.
Bunu Oxu.Az-a açıqlamasında tibb elmləri doktoru, həkim Adil Qeybulla payız fəslinin gəlişi ilə bir sıra xəstəliklərin kəskinləşməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, fəsil dəyişikliyi zamanı insanlar geyimləri düzgün seçmirlər. Hətta bəzən havanın dəyişməsinə də o qədər önəm vermirlər. Ona görə də bu fəsildə soyuqdəymədən yaranan xəstəliklərin sayı artır:
“Payızda bəzi xəstəliklərin kəskinləşməsi halları müşahidə edilir. Məsələn, bronxial astma daha çox özünü göstərir. Çünki payızda yağış yağması, rütubətin dəyişməsi bu prosesi sürətləndirir.
Payızda hər kəs öz həkimi ilə məsləhətləşməli, həm geyiminə fikir verməli, həm dərman qəbuluna, həm də müalicə rejiminə riayət etməlidir”.
A.Qeybulla payız fəslinin mədə-bağırsaq xəstəlikləri üçün də təhlükəli olduğunu qeyd edib:
“Bu xəstəliyi olanlar mütləq müalicə almalıdırlar, çünki payızda xəstəliyin kəskinləşməsi prosesi gedir. Həmçinin allergik xəstəliyi olan hər kəs diqqətli olmalıdır.
Payız vaxtı uşaqlar xəstələnməsin deyə, valideynlər yaydan etibarən immunitetin möhkəmlənməsi üçün zəruri tədbirlər görməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq