"Lütün, kasıbın birinə ərə getdin" - Müğənniyə gözlənilməz sözlər
Müğənni Səidə Dadaşova “5/5” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.
Minval.info axşam.az-a istinadən bildirir ki, sənətçi evi olmadığını, kirayədə qaldığını deyib. Səidə aparıcının “Ər çörəyi yeyə bilmirsən? Eləsinə gedərdin ki, evi, maşını, işi, var-dövləti olardı. Lütün, kasıbın birinə ərə getdin” sözlərinə belə cavab verib:
“Yoldaşımın öz, mənim öz işim var. Hər şey nə pulla, nə varla ölçülür. O, mənim var-dövlətimdir. Mənə Rafael kimi bala bəxş edib. Bu mənim üçün böyük hədiyyədir. Nə olsun kirayədə qalıram. Gedib başqasından borc alıb vermirəm ki… Özümüz qazanıb kirayə pulun da ödəyirik”.
Qeyd edək ki, Səidə Xalq artisti Rafael Dadaşovun qızı, Brilliant Dadaşovanın bacısı qızıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır