20.11.2026 - 10:34
Bu şəxslərə güzəştli kreditlər veriləcək
İqtisadiyyat 223 baxış

Bu şəxslərə güzəştli kreditlər veriləcək

Azərbaycanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhsilə əlçatanlığın artırılması məqsədilə dövlət tərəfindən müxtəlif maliyyələşmə mexanizmləri tətbiq olunur. Publika.az-ın məlumatına görə, bu kreditlər ipoteka, təhsil, biznes, aqrar və sosial sahələri əhatə edir.

Güzəştli ipoteka kreditləri (İKZF)

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsilə təqdim olunan ipoteka kreditləri maksimum 100 min manatadək, illik 4 faizədək dərəcə ilə təklif olunur. Bu kreditlərdən şəhid ailələri, Milli Qəhrəmanlar, məcburi köçkünlər və elmlər doktorları faydalana bilərlər. Eyni zamanda, dövlət qulluğunda, təhsil və media sahəsində uzun müddət fəaliyyət göstərən şəxslər də bu imkandan yararlana bilərlər.

Təhsil tələbə kreditləri (TTKF)

Təhsil Tələbə Krediti Fondu (TTKF) vasitəsilə tələbələrə sosial və standart olmaqla iki növ güzəştli kredit verilir. Sosial kreditlər sosial həssas ailələrin üzvləri üçün nəzərdə tutulub, standart kreditlər isə təhsil göstəriciləri yüksək olan tələbələrə verilir.

Sahibkarlığın inkişafı üzrə güzəştli kreditlər

İqtisadiyyat Nazirliyi yanında müvafiq dövlət fondu vasitəsilə sahibkarlıq subyektlərinə illik 5 faizədək dərəcə ilə kreditlər təklif edilir. Bu kreditlər sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə fəaliyyət göstərənlər üçün nəzərdə tutulub.

Ümumilikdə, bu güzəştli maliyyələşmə mexanizmləri həm vətəndaşların sosial ehtiyaclarının qarşılanmasına, həm də sahibkarlığın inkişafına yönəlib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: