Nobel mükafatlı iqtisadçı Avropa etirazlarına dəstək verir
Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitz, uzun illərdir sərvət vergisinin tətbiqini dəstəkləyən fikirlərini bir daha təsdiqləyib. O, hökumətlərin daha çox gəlir əldə etmək istədikləri təqdirdə, cəmiyyətin tələblərinə cavab vermək üçün daha geniş imkanlar qazanacağını bildirib.
Minval.info xəbər verir ki, Stiqlitz, Fransız iqtisadçı Qabriel Zukmanın 110 milyon dollardan yuxarı sərvətlərdən minimum 2% vergi alınması təklifini də dəstəkləyir. O, “zirvədə o qədər çox pul var ki, ən üst təbəqəyə tətbiq ediləcək kiçik bir vergi belə böyük məbləğdə resurs yarada bilər” deyə vurğulayıb.
Stiqlitz, Avropa İttifaqı daxilindəki sərbəst insan və kapital hərəkətinin vergidən yayınmanı asanlaşdırdığını və bu tip vergilərin ideal olaraq bütün ittifaqda tətbiq edilməli olduğunu qeyd edib. O, Avropa ölkələrinin pensiya sistemlərini yenidən nəzərdən keçirməli olduğunu da əlavə edib.
Stiqlitz, yüksək vergilərin Avropanın qarşılaşdığı problemləri tək başına həll etməyəcəyini və hökumətlərin, ABŞ-dan asılılığı azaltmağa çalışdığı bu dövrdə, ictimai vəsaitlərin necə xərclənəcəyini yenidən gözdən keçirməli olduğunu bildirib.
ABŞ-da isə milyarderlərə tətbiq edilən servət vergisi təklifinin Kaliforniyada rədd edilməsi, Stiqlitzə görə, “Amerikanın demokratik siyasətinin pulla necə zəiflədiyini” göstərir. O, “Milyarderlər, ədalətli vergi paylarını ödəməmək üçün yüz milyonlarla dollar xərcləməyə razı olurlar” deyə qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lufthansa maliyyə itkiləri səbəbindən min işçini ixtisar edir
Bakıda söküntülər başlayır: torpaq və həyət evləri bahalaşacaq
SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətləri sırasında birinci olub
Bu şəxslərə güzəştli kreditlər veriləcək
Bundan toplanan haqq büdcəyə ödəniləcək
Rusiya mallarının bu türk dövlətinə ixracında rekord: Nə satıblar?