“Lotu Quli”nin qohumu İstanbulda bıçaqlandı
Dünən İstanbulda “qanuni oğru” Lotu Qulinin (Nadir Səlifov) qohumu Maqa Rustavski bıçaqlanıb.
Minval.info “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisəni vaxtilə Quliyə qarşı uyğun olmayan davranışlarına görə kriminal avtoritet Arman Dikiy tərəfindən döyülən kutaisili Kvejoviç törədib.
Maqanın dostları ilə dincəldiyi restorana 15-20 nəfərlik qrupla gələn Kvejoviç Qulinin qohumunu masasına çağırıb. O, Maqadan “oğru” olmaq istəyib-istəmədiyini soruşub. “Oğru” tacına real namizədlərdən olan Maqa cavabında onsuz da özünü belə hesab etdiyini deyib. Kvejoviç isə bu dəfə frayer onu vurarkən niyə hərəkətsiz dayanmasını soruşub. Bu zaman Maqa ona ağır cavab verib. Yumruqlarını işə salan Kvejoviçə yanındakılar da dəstək olub. Bu zaman onun dəstəsindəki naxçıvanlı Emin Maqanı bıçaqlayıb. Zərbələr həyati əhəmiyyətli orqanlara dəyməsə də, yaxınlıqdakı xəstəxanaya çatdırılan Maqaya tikişlər qoyulub.
Hazırda Türkiyə polisi insidentdə iştirak edənləri axtarır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bir gündə 7 nəfər dəm qazından zəhərləndi
Ər başqa kişiyə lüt şəkillərini göndərən arvadının dərisini soyub
Xırdalanda 16 mərtəbəli binanın damında intihar cəhdi
Motosikletlə “Niva”-nın toqquşduğu qəzanın görüntüləri – VİDEO
Bakıda qardaş qardaşı bıçaqladı
Bakıda vəzifəli şəxsin avtomobili yanıb kül oldu - VİDEO
Sabirabadda əməliyyat