“Los-Anceles məni qəbul edib”

“Ən çox verilən suallardan biri: “Köçməyinizə peşman deyilsiniz ki?” Xeyr, deyiləm. Nə vaxtsa yeni bir yerdə yaşamış olsanız, bir müddət keçdikdən sonra oranın sizi qəbul edib-etmədiyini hiss edə bilərsiniz. Los-Anceles məni qəbul edib”.
Minval.info xəbər verir ki, bu sözləri uzun illərdir Amerikada yaşayan müğənni Şeyla deyib. O, sosial şəbəkə hesabında yazdığı statusa bu sözləri də əlavə edib:
“Ümumiyyətlə, Los-Ancelesdə yaşamaq qeyri-məhdud imkanlarla və ən istedadlı, gözəl insanlarla əhatə olunan parlaq günəş köpüyündə yaşamaq kimidir. Lakin eyni zamanda bütün bu “səs-küy”ə (xüsusilə də daim başın üstündə fırlanan polis vertolyotları ilə-RED) qalib gəlmək də çətin olur.
Mən Los-Ancelesdə yaşamağı çox sevirəm! Hər küncdə mövcud olan mədəniyyəti və müxtəlifliyi sevirəm. Gəzmək üçün yerlərin, öyrənəcək və görüləcək yeni şeylərin çatışmazlığın olmamasını sevirəm. Hər gün burada yüzlərlə hadisə baş verir.
Həmçinin burada yaşamağın bir neçə nöqsanlarından nifrət edirəm. İstənilən yerə getmək üçün 45 dəqiqədən iki saata qədər tıxacda oturub, ən azı üç müxtəlif magistral sürməyimə, cinayətə və evsizliyə, yüksək yaşayış dəyərinə nifrət edirəm. Los-Anceleslilərin daim sevgi və nifrət münasibəti bu imiş”.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!