Lopezə bənzəyən qadın oğurluqda həbs edildi
ABŞ-də həbs edilən bir qadının məşhur müğənni Cennifer Lopezə olan bənzərliyi sosial mediada geniş müzakirələrə səbəb olub. Minnesota ştatında baş verən hadisə zamanı saxlanılan qadının polis şöbəsində çəkilən fotosu böyük maraq doğurub.
Minval.info xəbər verir ki, Sayren Enn Kvast adlı qadın avqustun 30-da Montiçello şəhərində bir mağazadan 580 dollar dəyərində iki ədəd xüsusi akkumulyator qutusunu oğurlamağa cəhd edərkən həbs edilib. Mağaza əməkdaşlarının bildirdiyinə görə, bu, Kvastın həmin məkanda ilk oğurluq cəhdi deyil. O, daha əvvəl də oxşar hadisələrlə yadda qalıb.
Saxlanıldıqdan sonra təcridxanaya yerləşdirilən Kvastın fotosu sosial mediada sürətlə yayılıb və izləyicilər onun Cennifer Lopezə olan inanılmaz oxşarlığını təəccüblə qarşılayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır