Lopez Türkiyəyə 90 nəfərlə gəldi
Dünyaca məşhur müğənni Cennifer Lopez bu gün Türkiyənin Antalya şəhərində konsert verməyə hazırlaşır.“Qafqazinfo” xəbər verir ki, “It’s My Party” konsert turu çərçivəsində səhnəyə çıxacaq Ceylo türk pərəstişkarlarını sevindirəcək.
Moskvadakı gecəsindən sonra 90 nəfərlik komandası isə Antalyaya gələn ifaçı hava limanından birbaşa otelə gedib. Onu özəl mühafizə xidməti və polis karteji müşahidə edib.
Türkiyədə üç gün qalacağını bildirən pop ulduz 5 yataq otağı, hovuzu, helikopter dayanacağı olan üçmərtəbəli villaya yerləşdirilib .
800 işıq texnikasının qurlaşdırıldığı səhnəyə isə 150 texniki xidmət cəlb olunub.
Bu məqamda bildirək ki, biletlərin qiyməti 7000 və 300 min TL arasında dəyişir.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır