Əliyev Makrona məktub göndərdi - “Səylərinizə böyük ümidlər bəsləyirik”
Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
Minval.info xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
“Hörmətli cənab Prezident, Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm
Siyasi, iqtisadi, mədəni əlaqələrimiz özünün dinamik inkişafı və əhatə genişliyi ilə səciyyələnir. Qarşılıqlı maraq kəsb edən bütün sahələrdə birgə səmərəli işimiz xüsusən məmnunluq doğurur.
Eyni zamanda, qarşılaşdığımız ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Biz Ermənistan tərəfindən torpaqlarımızın işğalına son qoyulmasını, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllini səbirsizliklə gözləyirik.
Bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya ilə genişmiqyaslı savaş ehtimalı... - Zelenski
Elçin Mirzəbəyli: “Paşinyanın Avropa səfəri fiaskoya uğradı”
İlham Əliyev Paşinyanla görüşündən danışdı
Fransa prezidenti Çinin koronavirusla mübarizəsindən şübhələnir
Donald Tramp: “Rusiya hazır ol, raketlər uçacaq”
Hikmət Hacıyev Ermənistanın verdiyi mina xəritələrindən DANIŞDI
Milli Məclisin yenidən növbədənkənar sessiyası çağırılıb