"Əliyar Əliyevin ölümünə fətva verən şəxsin kimliyi bəllidir" - Z.Əliyevdən ŞOK İDDİA
Ermənilərin birinci Qarabağ müharibəsi qorxularından biri Qubadlılı Əliyar Əliyev idi.
Minval.info xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Əliyar Əliyevlə bağlı xatirələrini bölüşüb.
Z. Əliyev qeyd edib ki, Ermənistanda Əliyarı tornado kimi qəbul edirdilər:
“Çünki tornado kimi hücuma keçən Əliyar ermənilərin kabusuna çevrilmişdi.
Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı qırğınından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-i bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı”.

Z. Əliyev vurğulayıb ki, 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu:
ƏLAQƏLİ
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
“Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar.

Onu nəinki düşmən cəbhədə olan ermənilər, Bakıda vəzifədə oturan ermənilər də öldürmək istəyirdilər. Bakıdan onun ölümünə fitva verən şəxs də, onu öldürmək üçün gedən batalyonunun adı da, kimlərin orda olması da bəllidir. Lakin adını açıqlamaq bu gün mümkün deyil. Düşmən Əliyarın ölümünü eşidəndə bayram edirdi ki, “tornado” məhv oldu!
Səni unutmadıq, KOMANDİR…
Ruhun şad olsun..
Qubadlı hələ də işğaldadır, komandir!”.
Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Əslində Molla Pənah Vaqif kimdir? - ARAŞDIRMA
Cəlilabadda alban dövrünə aid tarixi nümunələr aşkarlanıb
