Liviya sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub
Liviyanın şərqindəki Sabratha şəhərinin sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub.
AZƏRTAC “Ruters” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Liviyanın təhlükəsizlik xidməti yayıb. Batmış daha 17 miqrantın axtarışı üzrı əməliyyat tədbirləri davam edir. Xidmətin sözçüsü Aiman Dəbbaşi bildirib ki, Sabratha yoxsulluqdan və aclıqdan Avropa ölkələrinə köç edən insanlar üçün əsas toplaşma məntəqəsidir. Onun sözlərinə görə, burada İtaliya və Avropa İttifaqının maliyyə dəstəyi ilə sərhəd mühafizə tədbirləri xeyli gücləndirilib. “Lakin qanunsuz miqrantları daşıyan qayıqların dənizə çıxmasının qarşısı alınmayıb. Sudandan olan və qayıqdan sağ qurtulmuş miqrantın dediyinə görə, qayıqda 27 nəfər olub və onlar Zuvaraf şəhərinə doğru hərəkət ediblər. Amma biz ölənlər istisna olmaqla, qalanlardan xəbər ala bilmirik”, -deyə Dəbbaşi agentliyə müsahibəsində qeyd edib. O əlavə edib ki, həmin miqrantlar Afrikanın Səhra bölgəsindən olan insanlardır.
Birləşmiş Millətlər Təşkilatının miqrasiya agentliyi (IOM) bildirib ki, batan qayıqdan xilas edilən 15 nəfər xəstəxanaya çatdırılıb, 10 nəfər həlak olub, daha 2 miqrant isə itkin düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu