04.08.2026 - 10:22
İdman 20 baxış

Liverpulun Barkola üçün təklifi: 100 milyon avro kifayət deyil?

İngiltərənin məşhur futbol klubu “Liverpul”, Fransa çempionu PSJ-nin gənc hücumçusu Bredli Barkolanı transfer etmək üçün ciddi addımlar atıb. Klub, 22 yaşlı vinger üçün 100 milyon avrodan çox məbləğdə ilkin təklif irəli sürüb.

Minval.info xəbər verir ki, tanınmış transfer mütəxəssisi Fabrizio Romano, tərəflər arasında danışıqların başladığını bildirib. Lakin PSJ, bu məbləği kifayət qədər yüksək hesab etmir və daha çox pul tələb edir.

Barkolanın özü də Premyer Liqada oynamaq və “Liverpul”a qoşulmaq arzusundadır. Bu barədə Fabrizio Romano may ayında da məlumat vermişdi. Barkola, ötən mövsüm PSJ-nin heyətində 49 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Transfermarkt portalının son məlumatına görə, fransalı futbolçunun cari bazar dəyəri 90 milyon avro olaraq qiymətləndirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: