"Liverpul" azarkeşi barselonalını suya atdı - Video
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda bu gün “Barselona”nın qonağı olacaq “Liverpul” klubunun azarkeşləri matçdan öncə qalmaqal yaradıblar.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, şəhər mərkəzindəki fəvvarələrdən birinin ətrafına toplaşan ingilis fanatlar yerli əhalini narahat ediblər. Hətta onlardan biri fəvvarənin ətrafında oturan Barselona sakinini itələyərək, suya atıb. Yanındakılar isə bunu videoya çəkərək, sosial şəbəkədə yayıblar.
Məsələ ilə bağlı şəxsi “Tvitter” hesabında açıqlama verən “Liverpul”un prezidenti Piter Mur fanatları sakit olmağa çağırıb: “Avropanı fəth etdiyimizi fəxrlə söyləyirik. Amma gəlin, bu gözəl şəhərdə özümüzü “Liverpul”a layiq aparaq. Ciddi və məsuliyyətli olaq”.
Digər iddiaya görə, qaldıqları otelin işçilərinə xəsarət yetirən bir qrup ingilis azarkeşi isə həbs olunub.
https://www.youtube.com/watch?v=nbnrJ1pF4k0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı