Əlişir Mirzəyev: "SOCAR əməkdaşına hücum edən şəxs Qarabağ əlili deyil, onun ayağı ...
“Biz hazırda SOCAR-ın əməkdaşlarına hücum edən şəxslərlə bağlı araşdırma aparırıq, bir neçə günə bu barədə geniş məlumat veriləcək. Həmin əlillərin kim olduqlarını araşdırırıq. Bu şəxslərin hələlik ikisini tapmışam. Biri ümumiyyətlə Qarabağ əlili deyil. Məhəmmədəli adlı şəxs 2011-ci ildə Rusiyada ona-buna “pul atdığına” görə tüfənglə vurublar və xəstəxanada ayağı kəsilib, Azərbaycanda isə Qarabağ əlillik vəsiqəsini alıb. Digəri – Sərxan adlı şəxs özünə aidiyyatı olmayan obyektlərə gedib, özünü Qarabağ əlili kimi tədim edir”.
Bunu Bakı Müharibə və Əlil və Veteranları İctimai Birliyi üzvü, Qarabağ əlili Əlişir Mirzəyev özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.
“Çünki bu şəxslərin içərisində başqa-başqa adamlarından pul alıb gedib, obyekt sahiblərini döyürlər. Məhəmmədəli ümumiyyətlə Qarabağ əlili deyil. 2014-cü ildə Qarabağ əlili vəsiqəsi alıb. Əlillərin içərisində belələri çoxdur. Araşdırmamız bitən kimi, geniş məlumat veriləcək. Məhəmmədəli ilə bağlı dövlət qurumlarına, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət etmişəm, hazırda araşdırma aparılır”, – deyə, Ə.Mirzəyev əlavə edib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda