Əlikram Bayramov: "Mənə toya görə heç kim 5 min manat verməz" - VİDEO
Space televiziyasında yayımlanan “Hadisə harada – Tahirə orada” verilişinin qonağı olan Əlikram Bayramov maraqlı sözlər işlədib.
Minval.İnfo xəbər verir ki, verilişin aparıcısı Tahirə Məmmədqızı Əlikram Bayramova, “Digər müğənnilər toya 5 min manata gedirlər. Yarım saat oxuyub, çıxırlar. Siz isə daha ucuz qiymətə toyu başdan-sonra aparırsınız. Bu sizi narahat etmirmi” deyə sual ünvanlayıb.
Ə.Bayramov isə bu suala belə cavab verib: “Mən 5 min manatı bir yerdə görməmişəm. Mənə o pulu verməzlər. Bölgələrə, rayonlara niyə bizi çağırırlar? Çünki biz canlı oxuya bilirik. Xalq bunu tələb edir. Amma bəziləri bunu bacarmırlar. Diski taxıb, oxuyurlar.
Mənim mahnılarımın qədrini ancaq mən öləndən sonra biləcəklər. Öləcəyəcəm, mahnılarımı hamı oxuyacaq. Deyəcəklər ki, “Nə gözəl mahnılar imiş”. Ölmədən heç kim qədrimi bilməyəcək”.
Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır