Əli Mirəliyevdən şok açıqlama: “20 ildir arvadımla bacı-qardaş kimiyəm”
Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib.
Yenicag.az-a danışan müğənninin bu sözlərindən sonra evdə dava düşməsə yaxşıdır:
“Arvadım oğlum, nəvələrimlə şəhərdə yaşayır, mən bağdakı evimizdə. Həftədə bir dəfə yanıma gəlir, paltarlarımı yuyur-ütüləyir, evi yığışdırır, yeməyimi bişirir, yenə şəhərə-evinə qayıdır. Bunu efirdə də demişəm, arvadı boşamaram, amma onu sevmirəm də. Gəlin səmimi olaq da… Nə sevgi, 45 il sevmək olar? O qədər vaxta sevgi qalar?
Bunu özünə də demişəm. Zarafata salır ki, sən mənim “mujikimsən”. Nə gizlədim, iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm. Amma heç vaxt boşanmaq barədə düşünməmişəm. Kişinin bir arvadı olar. Yoxsa ki, gündə birini boşayıb, evlənən kişilərə mən normal baxmıram. Arvad məndən qabaq ölsə, heç vaxt evlənmərəm. Bunu özü də bilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi