Leyla Ramazanlı səssizliyini pozdu - Video
Müğənni Leyla Ramazanlı 2023-cü ilə olan ilk layihəsini təqdim edib.
News24.az xəbər verir ki, sənətçi sözləri Kübra Kərimli, musiqisi Sevinc Tağıyeva, aranjimanı isə İslam Şirvaniyə məxsus olan “Qanadlarını aç” mahnısını ekranlaşdırıb.
Bildirilib ki, klipin sosial mesajı “Heç nəyə baxmadan öz məqsədlərinə doğru irəliləmək”dir. Leyla təqdim etdiyi bu yeni layihəsində qadın hüquqlarına diqqət çəkib. Son bir neçə ildə Azərbaycanda selektiv abortların sayı kəskin artıb.
https://www.youtube.com/watch?v=XkIMz8WDzcg 6 aya ərsəyə gələn ekran işinin üzərində olduqca peşəkar yaradıcı heyət çalışıb. Klipin rejissorluğunu isə Mariya Zhelondievskaia və Yevgeniy Rodin edib. Layihənin prodüseri və rəhbəri Kamran Aydınovdur.
Klip sənətçinin rəsmi “YouTube” kanalında və digər musiqi platformalarında yayımlanıb.
Qeyd edək ki, layihə rəhbəri K.Aydınov 73-cü Kann kino festivalının “La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına düşən ilk Azərbaycan filmi “Axşama doğru”nun da prodüseri olub. O həmçinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına namizəd olan “Daxildəki ada” filmində də icraçı prodüseri olub.
Klipin rejissoru M.Zhelondievskaia Rusiyada eksperimental filmlərdə rejissor kimi çalışıb. Y.Rodinin filmləri isə Kann, Venesiya, Rotterdam, Hollandiyada keçirilən nüfuzlu festivallarda təqdim olunub və mükafatlar qazanıb.
https://www.youtube.com/watch?v=XkIMz8WDzcg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır