“Laqunda” ilə işləyən usta özünü yaraladı
“Laqunda” ilə evində işləyən usta ehtiyatsızlıqdan ağır xəsarət alıb. Hadisə Lənkəranda baş verib.
Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsində yaşayan 1978-ci il təvəllüdlü Murad Ağazadə oğlu Əliyev evində təmir işləri görərkən ehtiyatsızlıqdan ağır xəsarət alıb.
Hadisə M.Əliyevin “laqunda” ilə işlədiyi vaxt baş verib. Belə ki, ani olaraq yaranan texniki nasazlıq zamanı “laqunda” onun üz nahiyəsinə dəyib.
Hadisə yerinə dərhal təcili yardım briqadası çağırılıb. M.Əliyevə ilk tibbi yardım göstərildikdən sonra o, təcili yardım maşını ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onun vəziyyəti ağır olduğundan Bakıya aparmaq mümkün olmayıb. Bu səbəbdən paytaxtdan həkim briqadası dəvət edilib.
Hazırda Lənkəran polisində hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
