Lalə və Suna arasında dava: “Üzünü çox yaxşı göstərdin” - Video
“Maşın” şounun finalı davam edir.
Proqramın ötən gün yayımlanan buraxılışında avtomobilin ətrafında dayanan aparıcı Suna Kasımoğlunun digər finalistlər müğənni Ramal İsrafilov və həmkarı Lalə Mustafayevaya təzyiq etməsi gözdən yayınmayıb.
Ramal şounun gedişi zamanı Sunadan əlini çəkərsə, özünün də çəkəcəyini, maşının Laləyə qalmasının tərəfdarı olduğunu deyib. “İkimiz də əlimizi çəksək, istəyərəm ki, maşın Lalənin olsun” deyə, Ramal bildirib.
Aparıcı isə bununla razılaşmayıb. L.Mustafayeva isə onun bu addımına “Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi isə əlini çəkmək istəmir” sözləri ilə etiraz edib.
Onun bu sözləri S.Kasımoğlunu özündən çıxarıb:
“Lalə, yaxşısan? Haqlı və ya haqsız yolla finala gəlməyim barədə fikirləriniz mənə maraqlı deyil. Çöldə görüşməyəcəyim insanlardan birisən. Qorxuna görə insanlardan üzr istədin. Səninlə nə burada, nə də çöldə danışmaq istəmirəm. Sən üzünü çox yaxşı göstərdin”.
Qeyd edək ki, ötən günlərdə səsverməyə çıxan L.Mustafayeva S.Kasımoğlu haqda “Belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik” deyə, söyləmişdi. Axşam.az
https://www.youtube.com/watch?v=ZFROvq0KvqQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!