Lalə Məmmədova: “Lüks həyat yaşadığımı düşünürlər, amma fəhləyəm”
Əməkdar artist Lalə Məmmədova bir müddət öncə keçmiş həyat yoldaşı ilə yaşadığı qalmaqaldan danışıb.
Musavat.com-a açıqlama verən sənətçi çətin anlarında ona dəstək olan hər kəsə təşəkkür edib:“Qalmaqal deyildi, sadəcə olaraq heç vaxt istəməzdim ki, üzə çıxsın. Amma gördüyünüz kimi, qarşı tərəf bəzi şeyləri işıqlandırdı. Sağ olsun ki, həmkarlarım və digər şəxslər mənə dəstək oldular”.
İfaçı onun lüks həyat yaşadığını deyənlərə də cavab verib: “Həyatımda nə olsa, mənə aiddir. Sevgi olsa da, olmasa da, instaqramda məni izləyən hər kəs lüks həyat yaşadığımı düşünür. Mən fəhləyəm. Maşın sürürəm, uşaqları bağçaya, məktəbə aparıram. Necə deyərlər, gərgin həyat tərzi yaşayıram”.
L.Məmmədova yeni saç düzümündən də bəhs edib: “Bəyənənlər çox oldu. Özüm də bəyəndim. Elnur Həsənov mənə elə ilham verir ki, həvəsə gəlirəm. İstədim-istəmədim əlimə mikrofon alıb oxuyuram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!