"Lalə Azərtaşın sinif rəhbəri olmuşam" - Sosial şəbəkədə məşhurlaşan müəllim
Son aylar sosial şəbəkələrdəki çıxışı ilə gündəm olan Gülağa müəllim aparıcı Tarix Əliyevin (Tolik) “Ümid ilə gəl” verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, müəllim proqramda maraqlı açıqlamaları ilə diqqət çəkib. O, aparıcı Lalə Azərtaşın və sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun müəllimi olduğunu bildirib.
“Lalə Azərtaş bilir, onu hazırlaşdırmışam, sinif rəhbəri olmuşam. Dərs deyəndə bir uşaq deməzdi ki, bu nədir? Başa düşən müəllimə dərs dediyi uşaqlar onun balasıdır” deyə, ona Azərbaycan dili fənnindən dərs dediyini vurğulayıb.
Gülağa müəllim Anara dərs dediyi vaxtları isə belə xatırlayır:
“Anar bir az dəcəl idi. Allah bağışlasın, Anarı elə döymüşəm. Bir dəfə bir sillə çəkdim, dörd dəfə fırlandı. Amma çox səxavətli uşaq idi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Murad Arifdən toy məhdudiyyətinə sərt etiraz
Füzuli Hüseynovun 64 illik sənət yolu
Aybəniz Haşımova şəhid həyat yoldaşını andı
Bölgələrdə "Himayədar ailə" görüşləri keçirildi
Azercell Bakıda yeni nəsil mağaza açdı
Fatma Mahmudovanın qızının toyu təxirə salındı
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı