Lətifə yaşadığı xəyanətdən danışdı: "Onu bağışlamıram"
“Bir qadın həm kişi, həm xanım işi görəndə başlayırsan özgüvənli olmağa. Deyirsən, özüm özümə yetərəm. Yetərlik hissi gələndə özgüvən olur. Həyatımda elə şeylər yaşandı ki… Gücsüz düşdüyüm ərəfədə yalnız olduğumu hiss etdim. Valideynlərim hər zaman yanımda olub, dəstək olub. Amma qadın olaraq…”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz “Özəl” proqramında deyib. Sənətçi həyat yoldaşından ayrılmasından, yaşadığı xəyanətdən danışıb:
“Ana olmağa hazırlaşırdım, sıxıntılarım olurdu. O anda yalnızlığı hiss edirdim və mənə pis təsir edirdi. Daha sonra anladım ki, bir daha heç bir zaman, özümü bu qədər gücsüz hiss etməməliyəm. Toparlandım. Bu söhbəti 35 yaşım tamam olanda danışacam. Müəyyən zamanlarda o dönəmə getmək istəmirəm, silmişəm onları. Amma 35 yaşımda danışacam. Ayrılıq yaşanıb və ondan əlavə mən xainliyi qəbul etmirəm. Bir insana xayinlik olursa, içində böyük iz qoyur, yara açır. Yara izə və iz də gücə çevrilir. Mənə görə bu mənim imtahanım və alacağım dərs idi. Dərsimi aldım”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır