Lənkəranda yük maşını aşdı, sürücü öldü - FOTO
Lənkəranda yük avtomobilinin aşması nəticəsində sürücü ölüb.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Gərmətük kəndindən keçən hissəsində baş verib.
Siyavar kənd sakini, 41 yaşlı Quliyev Rasim Adət oğlunun idarə etdiyi “Mercedes” markalı maşın qarşıdan gələn QAZ-52 markalı yük avtomobil ilə toqquşub.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Hadisə şahidinin bildirdiyinə görə, QAZ-52-nin sürücüsü, 26 yaşlı Şürük kənd sakini Tahirov Hakim Mübariz oğlunun dönmə əməliyyatını qəfil etmək cəhdi həm qəzaya, həm də onun yerindəcə ölümünə səbəb olub. Avtomobildə olan 55 yaşlı sərnişin, Gərmətük kənd sakini Nurullayev Ehtiram Nahid oğlu isə ağır dərəcəli bədən xəsarətləri aldığından Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı